...

Nazim İbrahimov: "Gələn ilin əvvəlində Amerika Azərbaycan Assosiasiyaları Assambleyasının təsis konfransı keçiriləcək"

Siyasət Materials 28 İyun 2006 12:46 (UTC +04:00)
Nazim İbrahimov: "Gələn ilin əvvəlində Amerika Azərbaycan Assosiasiyaları Assambleyasının təsis konfransı keçiriləcək"

Gələn ilin əvvəllərində Amerika Azərbaycan Assosiasiyaları Assambleyasının təsis konfransının keçirilməsi nəzərdə tutulub. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov məlumat verib.

N.İbrahimov bildirib ki, bu Assambleyanın yaradılması üçün hazırlıq işlərinə başlanılıb. Bu məqsədlə işçi qrupu yaradılıb: "Hazırda yay mövsumu olduğundan işlər zəifləyib. Proses ilin sonlarına yaxın aktivləşəcək. Amma Assambleyanın təsis olunması üçün işçi qrupu fəaliyyət göstərir. Təxminən gələn ilin əvvəlində təşkilat formalaşdırılacaq, böyük bir təsis konfransı keçiriləcək".

Komitə sədri onu da deyib ki, bu ilin oktyabr ayında Avropa Azərbycanlıları Konqresinin geniş toplantısı olacaq. Onun sözlərinə görə, Dünya Azərbaycanlıları Ziyalılarının birinci Forumundan sonra növbəti dəfə başqa sahənin nümayəndələrindən ibarət bu tipli forumlar keçiriləcək: "Dünya Azərbaycanlıları Alimlərinin birinci Forumunun keçirilməsi nəzərdə tutulub. Artıq bu Foruma hazırlıq işlərinə də başlanılıb. Həmçinin dünyanın müxtəlif ölkələrində media sahəsində çalışan azərbaycanlıların, Azərbaycan əsilli jurnalistlərin birinci Forumu olacaq. Bu tədbirlərə hazırlıq işləri gedir"-deyə Dövlət Komitəsinin sədri qeyd edib.

Xəbər lenti

Xəbər lenti