...

Azərbaycan prezidenti Cisco Systems şirkətinin ölkədəki fəaliyyətinin uğurlu olacağına ümid edir

Siyasət Materials 29 İyun 2006 17:12 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, Azərbaycan prezidenti İlham Əliyev iyunun 29-da Cisco Systems şirkətinin rəhbəri Con Çembersı qəbul edib.

Dövlət başçısı ölkənin iqtisadi inkişafından toxunaraq bildirib ki, Azərbaycan ÜDM-nin artımına görə dünyada qabağcıl yerlərdən birini tutur. Onun sözlərinə görə, xarici şirkətlər, o cümlədən, "Cisco Systems" tərəfindən Azərbaycana marağın artması ölkənin uğurlu inkişafının göstəricisidir. İ.Əliyev ölkənin yeni texnologiyalara ehtiyacı olduğunu və bu şirkətin fəaliyyətinin uğurlu olacağına ümid etdiyini deyib.

C.Çembers qeyd edib ki, bu səfər ölkə və bu ölkənin inkişaf edən iqtisadiyyatı ilə yaxından tanış olmağa köməklik göstərəcək. O, Azərbaycanla əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Xəbər lenti

Xəbər lenti