AŞPA-nın Azərbaycan üzrə yeni həmməruzəçisi, britaniyalı deputat Toni Loyd sentyabr-oktyabr aylarında Bakıya gəlmək fikrindədir.
Trend in Strasburqdakı xüsusi müxbirinə verdiyi xəbərə görə, onun çiyinlərinə böyük iş düşüb. "Azərbaycan səfərimdən və vəziyyətlə yerində tanış olduqdan sonra mən bu barədə öz fikirlərimlə bölüşəcəyəm", - deyə o bildirib və qeyd edib ki, səfər zamanı çoxsaylı görüşlər keçirəcək.
"mənim üçün prioritet məsələlər insan haqlarının müdafiəsi və seçki sistemindəki islahatlardır", - deyə o vurğulayıb.
Dağlıq Qarabağ münaqişəsinə gəlincə, T.Loyd konkret fikir söyləmədən qeyd edib ki, probleminin nizama salınmasını Cənubi Qafqaz üçün mühüm məsələ hesab edir.