...

İlham Əliyev: "BTC neft kəməri dünyada baş verən proseslərə təsir edəcək"

Siyasət Materials 30 İyun 2006 11:23 (UTC +04:00)
İlham Əliyev: "BTC neft kəməri dünyada baş verən proseslərə təsir edəcək"

"Bu yaxınlarda istismara verilmiş Bakı-Tiflis-Ceyhan neft kəməri region üçün böyük əhəmiyyət kəsb edir və dünyada baş verən proseslərə təsir edəcək". Trend in xəbər verdiyi kimi, bu barədə iyunun 30-da Azərbaycan prezidenti İlham Əliyev Zərdab rayonunun ictimaiyyəti qarşısında çıxışı zamanı bəyan edib.

Dövlət başçısı bildirib ki, son 2,5 il ərzində ölkədə 400 minədək yeni iş yerləri açılıb. Azərbaycan ÜDM-nin artım tempinə görə dünyada 1-ci yeri tutur.

İ.Əliyev qeyd edib ki, rəhbərlik dəyişməz xəttə - neft strategiyasının müəllifi olan keçmiş prezident Heydər Əliyev siyasətinə sadiq olmaqda davam edir. "Ancaq qarşımızda yeni vəzifələr durur və biz enerji və iqtisadi təhlükəsizliyi təmin etməliyik", - deyə prezident əlavə edib.

İlham Əliyev xatırladıb ki, Azərbaycanda 4,5 mindən çox məktəb fəaliyyət göstərir. Bunun 60-70%-i təmir olunmalıdır. Ötən il ölkədə 300 yeni məktəb tikilib və bu il də eyni sayda məktəb inşa ediləcək.

Dövlət başçısı Heydər Əliyevin abidə və muzeyinin açılış, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 32 mənzilli yaşayış binasının istismara verilməsi, o cümlədən ümumtəhsil məktəbi və Bank of Azerbaijan-ın yerli filialının açılış mərasimlərində işirak edib.

Bununla dövlət başçısının Ucar və Zərdab rayonlarına səfəri başa çatıb.

Xəbər lenti

Xəbər lenti