İyulun 4-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniyaya rəsmi səfər edəcək. Bu barədə Trend ə Azərbaycan XİN-dən məlumat verilib.
"Səfər proqramında nazirin Federal Nazirliklərdə, Bundestaqda və digər idarələrdə görüşləri nəzərdə tutulub", - deyə nazirlikdən bildirilib.
Səfərdə məqsəd Azərbaycan və Almaniya arasında qarşılıqlı fəaliyyətin mövcud səviyyəsinin, Azərbaycanın Avropa və Avroatlantik qurumlar ilə, o cümlədən Avropa Qonşuluq proqramı və NATO-nun "Sülh naminə" proqramı çərçivəsində qarşılıqlı fəaliyyətinin müzakirəsindən ibarətdir.