...

K.Heydərov: Zabitlər Evindəki yanğına səbəb ilkin versiyaya görə elektrik naqillərindəki qısaqapanma olub

Siyasət Materials 30 İyun 2006 14:21 (UTC +04:00)
K.Heydərov: Zabitlər Evindəki yanğına səbəb ilkin versiyaya görə elektrik naqillərindəki qısaqapanma olub

İyunun 26-da Zabitlər Evində baş vermiş yanğına səbəb ilkin versiyaya görə elektrik naqillərindəki qısaqapanma olub. Trend xəbər verir ki, bu barədə Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov məlumat verib.

K.Heydərov bildirib ki, həmin ərazidə elektrik naqillərinin binaların üstü ilə keçməsi gələcəkdə də ərazidə təhlükələrin yaranmasına səbəb ola bilər. Odur ki, FHN naqillərin yerin altı ilə çəkilməsini təmin edəcək.

K.Heydərov həmçinin yanğın baş verən məqamda əhalinin təlaşa düşməməsini və yanğınsöndürənlərə yardımçı olmasını da yüksək qiymətləndirib. Bunu artıq əhalinin fövqəladə hallarla davranmaq baxımından getdikcə maariflənməsi ilə əlaqələndirib.

Xəbər lenti

Xəbər lenti