...

Azərbaycan DİN əməkdaşlarının vəzifə maaşları 100% artırılıb

Siyasət Materials 1 İyul 2006 11:15 (UTC +04:00)

Azərbaycan DİN Daxili Qoşunların hərbi qulluqçularının və mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan prezidenti İlham Əliyev 2006-cı il iyulun 1-dən Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş İdarəsinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və mülki işçilərinin aylıq vəzifə maaşlarının 100% artırılması haqqında sərəncam imzalayıb. Bu sərəncamın 1-ci bəndi ilə bağlı maliyyələşdirmə məsələləri Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsində AR DİN Daxili Qoşunların Baş İdarəsinin saxlanılması üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.

Nazirlər Kabinetinə bu sərəncamın 1-ci bəndinə uyğun olaraq nəzərdə tutulmuş şəxslərin aylıq vəzifə maaşlarının məbləğlərini təsdiq etmək və bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılır.

Xəbər lenti

Xəbər lenti