...

Prezident İlham Əliyev Azərbaycan Respublikasının daxili işlər orqanlarının bir sıra əməkdaşlarını təltif edib

Siyasət Materials 1 İyul 2006 11:28 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyunun 30-da Azərbaycan Respublikasının daxili işlər orqanlarının bir sıra əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Polis günü münasibətilə imzalanmış sərəncamda qeyd olunur ki, cinayətlərin qarşısının alınması və açılmasında, ictimai asayişin qorunması və təhlükəsizliyin təmin olunmasında fərqləndiyinə, həmçinin ölkənin ərazi bütövlüyününü müdafiəsində göstərdiyi mərdlik və şücaətə görə 21 polis əməkdaşı (17-ə ölümündən sonra) "Vətən uğrunda" medalları ilə təltif olunub. Daxili işlər orqanlarının daha 57 əməkdaşına "İgidliyə görə" medalı verilib.

Xəbər lenti

Xəbər lenti