...

NATO beynəlxalq məktəbinin yay sessiyası Bakıda öz işinə başlayıb

Siyasət Materials 3 İyul 2006 12:31 (UTC +04:00)

NATO beynəlxalq məktəbinin yay sessiyası Bakıda öz işinə başlayıb. Trend in xəbər verdiyi kimi, tədbirdə NATO-ya üzv ölkələrdən, o cümlədən Avroatlantik Alyansa tərəfdaş dövlətlərdən 40 gənc oğlan və qız iştirak edib.

Tədbir Azərbaycan XİN və NATO İctimai Diplomatiya Departamenti tərəfindən təşkil olunub.

Sessiya "3 dəniz regionunda Avroatlantik inteqrasiyanın perspektivlərinə həsr olunub.

Tədbirdə çıxış edən Azərbaycan XİN başçısının müavini Araz Əzimov bu regionda təhlükə və risklərin qarşısının alınması üçün səylərin birləşdirilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, regionun potensialının reallaşdırılması qlobal inkişafa töhfə verəcək.

5 günlük sessiyanın iştirakçıları beynəlxalq təhlükəsizlik, bütün dünyada sabitliyin təmin olunmasında NATO-nun rolu, Yaxın Şərqdə böhranın və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri müzakirə edib.

Məktəb iştirakçıları öz işlərini Azərbaycan XİN-in "Diplomatiya dünyası" jurnalında dərc etmək imkanına malikdir.

Tədbirdə NATO baş katibinin müavini Jan Furne, Norveç, Fransa və Gürcüstanın Azərbaycandakı səfirləri də çıxış edib.

Xəbər lenti

Xəbər lenti