...

Bəşəriyyəti narahat edən ən mühüm problemlər sammitin müzakirəsinə daxil edilib

Siyasət Materials 4 İyul 2006 17:50 (UTC +04:00)
Bəşəriyyəti narahat edən ən mühüm problemlər sammitin müzakirəsinə daxil edilib

Dünyanın 40 ölkəsinin 200-ə yaxın din xadiminin iştirak etdiyi sammitin ikinci günündə Qafqaz müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə sədrlik edib.

Trend in Moskvadakı xüsusi müxbirinin verdiyi xəbərə görə, A.Paşazadə öz çıxışında tədbirdə iştirak edən Moskva və Bütün Rusiyanın Patriarxı İkinci Aleksiyə öz təşəkkürünü bildirib. Böyük əhəmiyyətə malik bu forum həmin Patriarxın təşəbbüsü ilə təşkil olunub. A.Paşazadə Azərbaycan prezidenti İlham Əliyev və Azərbaycan xalqı adından orada toplaşmış yüksək cəmiyyəti ürəkdən salamlayıb və onlara uğur arzulayıb.

O öz nitqində qeyd edib ki, bəşəriyyəti narahat edən ən mühüm problemlər sammitin müzakirəsinə daxil edilib. Onun fikrincə, bu, Moskva sammitinə diqqətin və planetin müxtəlif yerlərində, o cümlədən Qafqazda bu sammitə ümidlərin artmasına səbəb olub. Bu sammit həm müxtəlif milliyyətə və dinə mənsub milyonlarla insan, həm də onların talelərinin asılı olduğu siyasətçilər üçün yaxşı nümunədir.

"Moskva sammiti, xeyir və ədalətin xeyriyyə prinsiplərinə riayət edərək, millətlərarası münaqişələrin düzgün həllinin başlıca prinsipini elan etmək hüququna malikdir. Bu - barışmaz separatizm və təcavüzkarlıq, dövlətlərin ərazi bütövlüyünə qəsdetmə siyasətindən imtina, beynəlxalq hüquq normalarına daim riayət etmə, mübarizə aparan tərəflər arasında etibar və qarşılıqlı anlaşmaya nail olmaqdır", - deyə Azərbaycanın dini lideri bildirib. O, həmçinin xüsusilə qeyd edib ki, terrorçuluq və zorakılıq məqsəd və şüarlarından asılı olmayaraq, birdəfəlik bəşəriyyətə qarşı cinayət hesab olunmalıdır.

Dünyanın müxtəlif ölkələrinin dini liderləri yekdilliklə zorakılıq, terrorçuluq, ksenofobiya və ekstremizmə qarşı çıxış edib və bəyan ediblər ki, bunların dinlə heç bir əlaqəsi yoxdur. Həmçinin qeyd olunub ki, yalnız tolerantlıq və dinlərarası dialoq dünyadakı vəziyyəti yaxşılaşdıra bilər. Ümumdünya sammitinin yekunlarına görə yekun bəyannamə hazırlanacaq və bu bəyannamə "böyük səkkizlik" liderlərinin Rusiyada keçiriləcək sammitində sədrlik edəcək Rusiya prezidenti V.Putinə təqdim olunacaq.

Bu günkü iclas çərçivəsində A.Paşazadə "xalqlar arasında sülhün, qarşılıqlı anlaşmanın və razılığın əldə olunmasına, tolerantlığın həyat norması kimi təsdiqi, millətlərarası münaqişələrin həllinə yönəlmiş böyük əməklərə görə" İkinci Aleksini "Şeyx-ül-islam Ordeni"ni təltif edib.

A.Paşazadə müsahibəsində qeyd edib ki, "təəssüf ki, yalançı siyasətçilər tez-tez terrorçuluq kimi neqativ hadisələri dinlə əlaqələndirirlər. Biz buna qarşıyıq və bir daha sübut etmək istəyirik ki, bütün dinlər yekdilliklə xalqlar arasında sülhün bərqərar olmasının tərəfdarı kimi çıxış edir.

Bundan başqa, o qeyd edib ki, bütün ermənilərin katalikosu ilə dəfələrlə görüş olub, lakin bu dəfə şeyx-ül-islam istəmədiyindən bu görüş baş tutmayıb. "Bu sammitdə Azərbaycan xalqının mədəni, tarixi və dini abidələrinin məhv edilmə məsələsi qaldırılmayıb, ona görə ki, bu şəxsi xarakter daşıyır və burada daha ümumi xarakterli məsələlər müzakirə olunur. Lakin biz bu aktual məsələni bütün tədbirlərdə qaldırmışıq və qaldırmaqda davam edirik", - deyə Qafqaz müsəlmanları İdarəsinin sədri qeyd edib.

Xəbər lenti

Xəbər lenti