...

Aydın Mirzəzadə: "Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin mandatının təsdiq edilməsi məsələsi qapadılıb"

Siyasət Materials 6 İyul 2006 12:25 (UTC +04:00)

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin mandatının təsdiq edilməsi məsələsi qapadılıb. Bu barədə Trend ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, politoloq Aydın Mirzəzadə bildirib.

Millət vəkili bildirib ki, AŞPA-nın nizamnaməsində olan bir boşluqdan qurumun Azərbaycan üzrə sabiq həmməruzəçisi olan Andreas Qross uğurla istifadə edib: "Orada belə bir qayda var ki, qurumun yanvar sessiyasında hər bir məruzəçi hansısa ölkənin mandatının təsdiq edilməməsi təklifini verə bilər. Bu zaman məsələ baxılmaq üçün Monitorinq Komitəsinə göndərilir. Qross fikirləşirdi ki, onun təklifi Prosedur Komitəsinə göndəriləcək. Çünki o, həmin komitənin sədridir. Ancaq Qrossun siyasi təxribatı baş tutmadı. Çünki iki gündən sonra bu məsələ gündəliyə salındı və mandat məsələsi təsdiq edildi".

A.Mirzəzadə vurğulayıb ki, mayda AŞPA Daimi Komitəsinin Moskvada keçirilən iclasında isə qərara gəlindi ki, mandat məsələsinə qayıdılmasın. Bu məsələyə yenidən qayıdılması ilə bağlı məsələyə toxunan A.Mirzəzadə deyib: "Yay sessiyada Azərbaycanın AŞPA qarşısında öhdəliyinin yerinə yetirilməsinin vəziyyəti müzakirə edilməliydi. Ancaq nəzərə alındı ki, yanvar sessiyasında Azərbaycanla bağlı 1480 saylı qərar olub, ona görə də bu iki məsələ birləşdirildi".

Millət vəkili bildirib ki, AŞPA-nın 2007-ci il yaz sessiyasında Azərbaycanın qurum qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi məsələsinə baxılacaq. Millət vəkili bunun adi bir qayda olduğunu deyib.

Xəbər lenti

Xəbər lenti