...

Bələdiyyə seçkilərində iştirak edən 66 nəfərin namizədliyi qeydə alınıb

Siyasət Materials 6 İyul 2006 17:58 (UTC +04:00)

Bu il oktyabrın 6-da keçiriləcək bələdiyyə seçkilərində iştirak edənlərdən 66 nəfərin namizədliyi qeydə alınıb. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Ümumilikdə 793 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib. Onlardan 736 nəfəri dairə seçki komissiyalarından imza vərəqələrini götürüb. 95 nəfər imzatoplama kampaniyasını baş çatdıraraq vərəqləri təhvil verib. Dairə seçki komissiyalarında 66 nəfərin namizədliyi qeydə alınıb.

Seçki marafonuna qoşulanlardan 377 nəfəri bitərəflərdir. 335 nəfəri Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. AXCP-dən 7 nəfər, Müsavat Patiyasından 3, Sosial Rifah Partiyasından 3, Vətəndaş Həmrəyliyi Partiyasından 3, ADP-dən 2 nəfər, BAXCP, Ədalət, Demokratik İslahatlar, Demokratik Azərbaycan Dünyası, Milli Konqres, Vətəndaş Birliyi, Azərbaycan Milli İstiqlal partiyalarının isə hər birindən 1 nəfər namizədliyini irəli sürüb.

Xəbər lenti

Xəbər lenti