...

Məşvərət Məclisi bələdiyyə seçkilərində blok şəklində iştirak etməyəcək

Siyasət Materials 8 İyul 2006 14:10 (UTC +04:00)

Siyasi partiyaların Məşvərət Məclisi bu ilin oktyabrında keçiriləcək bələdiyyə seçkilərində blok şəklində iştirak etməyəcək. Bu barədə Trend ə Məşvərət Məclisində təmsil olunan Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı məlumat verib.

O bildirib ki, Məşvərət Məclisi siyasi partiyaları özündə birləşdirsə də, seçkilərdə blok şəkilində iştirak etmir. Ana Vətən Partiyası bütün seçkilərdə fərdi şəkildə iştirak etməyə üstünlük verir: "AVP seçkilərdə iştirak üçün bloklara meyl göstərmir. Bizim partiya seçkilərə öz gücünü və öz potensialını sərf etməyi daha məqsədəuyğun sayır. Ona görə də seçki bloklarına qoşulmuruq". F.Ağamalı hesab edir ki, Məşvərət Məclisi də yalnız önəmli siyasi prosesləri, ümumrespublika əhəmiyyətli hadisələri müzakirə etmək, siyasi partiyaların vahid mövqeyini ortaya qoymaq üçün toplanmalıdır. O, AVP-nin yalnız belə məsələlərlə bağlı Məşvərət Məcliçsinin toplantılarında iştirak etdiyini deyib: "Məşvərət Məclisi siyasi partiyaları birləşdirirsə, deməli, siyasi proseslərə, hansısa önəmli situasiyalara dair bir iş görməlidir. Ona görə də biz yalnız vacib məsələlərin müzakirəsində iştirak edirik".

Xəbər lenti

Xəbər lenti