...

Bu gün Gürcüstanı Azərbaycan ərazisindən keçməklə növbəti eşelon tərk edəcək

Siyasət Materials 11 İyul 2006 11:27 (UTC +04:00)

Bu gün içərisində Rusiyanın Axalkalakidəki 62-ci hərbi bazasına məxsus texnika olan növbəti eşelon RF-yə yola düşəcək. Bu barədə Trend in Gürcüstandakı xüsusi müxbirinə Zaqafqaziyadakı rus qoşunları qrupunun komandan müavini polkovnik Vladimir Kuparadze məlumat verib.

Onun sözlərinə görə, eşelon yerli vaxtla saat 9:00-da yola salınacaq.

Gürcüstanın Tsalka dəmiryol stansiyası ilə Rusiyaya 62-ci bazaya məxsus 15 ədəd özüyeriyən artilleriya qurğusundan ibarət eşelon yola salınacaq.

Əvvəlki eşelonlar kimi, bu eşelon da Rusiyaya Azərbaycan ərazisindən istiqamət alacaq.

Xəbər lenti

Xəbər lenti