...

Milli QHT Forumu işğal edilən Azərbaycan ərazilərində törədilən yanğınlarla bağlı beynəlxalq təşkilatlara müraciət edib

Siyasət Materials 14 İyul 2006 13:51 (UTC +04:00)

Milli QHT Forumu Ermənistan tərəfindən işğal olunan Azərbaycan ərazilərində törədilən yanğınlarla bağlı NATO, ATƏT, Avropa Birliyi və Avropa Şurasına yenidən müraciət edib. Trend xəbər verir ki, bu məsələ ilə bağlı iyulun 14-də Milli QHT Forumunun ofisində toplantı keçirilib.

Milli QHT Forumunun icraçı direktoru Fərasət Qurbanov Ermənistanın Azəçrbaycana qarşı apardığı işğalçı siyasətlə bağlı məlumat verib. Bildirib ki, son dövrlər ermənilər tərəfindən işğal olunan Azərbaycan əraizlərində qəsdən törədilən yanğınların intensiv xarakter alması regionun ekoloji tarazlığına böyük zərbə vurub. F.Qurbanov onu da qeyd edib ki, ermənilərin vandalizm aktları ilə bağlı bir müddət öncə də beynəlxalq təşkilatlara müraciətlər olunmuşdu. Lakin hələ də cavab yoxdur.

Milli QHT Forumu yenidən beynəlxalq təşkilatlara və Azərbaycanda fəaliyyət göstərən bir sıra ölkələrin səfəirlərinə müraciət edərək ermənilərin vandalizm aktlarına son qoymasında rəsmi Yerevana təsir edilməsinin zəruriliyini bildirib. Milli QHT Forumuna üzv olan təşkilatların rəhbərləri də öz çıxışlarında ermənilərin işğalçı siyasətini pisləyib.

Xəbər lenti

Xəbər lenti