...

Fövqəladə hallar naziri Böyük Britaniyanın səfirini qəbul edib

Siyasət Materials 14 İyul 2006 18:40 (UTC +04:00)

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov iyulun 14-də Böyük Britaniyanın Azərbaycandakı səfiri Lori Bristounu qəbul edib. Trend xəbər veriri ki, görüşdə ölkələrimiz arasında mövcud olan əməkdaşlıqdan söhbət açılıb.

K.Heydərov Azərbaycanla Böyük Britaniya arasında münasibətlərin daha da möhkəmlənməsindən, bir çox sahələrdə, xüsusilə energetika sahəsində əməkdaşlığını yüksələn xətlə inkişafından məmnunluğunu ifadə edib.

L.Bristou ölkəsinin Azərbaycanın davamlı inkişafını yaxından izlədiyini, Azərbaycan-Böyük Britaniya arasında uğurla həyata keçirilən bir sıra iqtisadi-siyasi layihələrin konkret nəticələr verdiyini bildirib. Daha sonra səfir yeni yaranan Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, həyata keçirdiyi işlərlə maraqlanıb.

Xəbər lenti

Xəbər lenti