...

Bələdiyyə seçkilərində iştirak edən 678 nəfərin namizədliyi qeydə alınıb

Siyasət Materials 17 İyul 2006 19:03 (UTC +04:00)

Bu il oktyabrın 6-da keçiriləcək bələdiyyə seçkilərində namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 2594 nəfərə çatıb. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib. Həmin şəxslərdən 2502 nəfəri imza vərəqi götürüb. Seçki sənədlərini təqdim edənlərin sayı isə 1057 nəfərdir.

678 nəfərin namizədliyi artıq qeydə alınıb. Seçki marafonuna qoşulanlardan 343 nəfəri bitərəf, 317-si Yeni Azərbaycan Partiyasının, 4-ü AXCP-nin, 3-ü Sosial Rifah Partiyasının, 3-ü VHP-nin, 2-si AMİP-in üzvüdür. Qalan partiyaların hər birindən hələlik 1 nəfər namizədliyini verib.

Qeyd edək ki, bu il oktyabrın 6-da 604 bələdiyyə üzrə təkrar, əlavə, yeni və ilk seçkilər keçiriləcək.

Xəbər lenti

Xəbər lenti