...

Fərəc Quliyev: "MSƏM-in bloka çevrilməsi məsələsi hələ gündəmdə deyil"

Siyasət Materials 18 İyul 2006 11:44 (UTC +04:00)

Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzi (MSƏM) seçkilər öncəsi bloka çevrilə bilər. Bu barədə Trend ə MSƏM-in təsisçilərindən olan Milli Dirçəliş Hərəkatının lideri Fərəc Quliyev bildirib.

F.Quliyev onu da qeyd edib ki, mərkəzdə fəaliyyət göstərən siyasi qüvvələr hər bir məsələdə həmrəylik nümayiş etdirə bilsələr, gələcəkdə blok şəklində fəaliyyət göstərə bilərlər: "İndi buna ehtiyac yoxdur. Adətən siyasi qüvvələr seçkilər öncəsi blok şəklində fəaliyyətlərini davam etdirir. Növbəti prezident seçkilərinə isə hələ iki il qaldığından bu barədə fikirləşmək tezdir".

MDH lideri onu da vurğulayıb ki, seçkilər öncəsi blok şəklində fəaliyyət göstərib göstərməyəcəkləri ilə bağlı məsələ MSƏM-in Sədrlər Şurasının iclasında müzakirə olunacaq. Onu da bildirək ki, MSƏM-də AMİP, AMDP, MDH, Tərəqqi və Ümid partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti