...

DEVAMM yürüş-mitinq keçirməklə bağlı Bakı meriyasına müraciət edib

Siyasət Materials 18 İyul 2006 16:38 (UTC +04:00)

Dini Etiqadlar və Iicdan Azadlıqları Müdafiə Mərkəzinin (DEVAMM) sədri İlqar İbrahimoğlu iyulun 23-də saat 17.00-dan 18.00-dək yürüş-mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Trend xəbər verir ki, yürüş-mitinq Yaxın Şərqdə yaranmış vəziyyətlə bağlı planlaşdırılıb.

Müraciətdə Yaxın Şərqdə yaranmış vəziyyətə toxunulur və yüzlərlə dinc insanın həlak olduğu qeyd edilib. DEIAMM beynəlxalq ictimaiyyətin diqqətini problemə cəlb etmək, bölgədə müharibə alovunun sönməsinə öz töhfəsini vermək niyyəti ilə "Fələstin və Livanda dinc əhalinin qətliamına son qoyulsun!", "İnsan haqlarının pozulmasına - yox!", "Qarabağ və Fələstin üzrə BMT qətnamələri yerinə yetirilsin şüarları altında yürüş-mitinq keçirmək qərarına gəlib.

Yürüş-mitinqi metronun "20 Yanvar" stansiyasından keçmiş "Qələbə" kinoteatrı qarşısındakı meydanadək keçirmək planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti