...

AB-nin Azərbaycandakı xüsusi nümayəndəsi ölkənin rəsmi şəxsləri ilə danışıqlar aparır

Siyasət Materials 20 İyul 2006 12:37 (UTC +04:00)

İyulun 20-də Avropa Birliyinin Cənubi Qafqaz ölkələri üzrə xüsusi nümayəndəsi Peter Semnebi Azərbaycanın rəsmi şəxsləri ilə ölkə və AB arasında gələcək əməkdaşlıq məsələlərinə dair danışıqlara başlayıb. Bu barədə Trend ə Almaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

AB-nin xüsusi nümayəndəsi Bakıya bu gün gecə gəlib və artıq səhər görüşlərə başlayıb. Onun səfər proqramına Azərbaycanın Xarici İşlər Nazirliyi və İqtisadi İnkişaf Nazirliyində görüşlər daxildir. Səfər çərçivəsində diplomat ölkənin siyasi liderləri ilə də görüşmək niyyətindədir. Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycan ilə əməkdaşlıq məsələləri görüşlərdə əsas müzakirə mövzusu olacaq.

P.Semnebi səfərin yekunlarına dair mətbuat konfransı keçirməyi planlaşdırır. Səfirliyin məlumatına görə, mətbuat konfransı iyulun 21-də saat 18.30 "İsr Plaza" otelinin konfrans zalında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti