...

Qətər əmiri Azərbaycana rəsmi səfər edəcək

Siyasət Materials 20 İyul 2006 13:48 (UTC +04:00)

İlin sonunadək Qətər əmiri Hamad bin Xəlifə Əl Sani Azərbaycana səfər edəcək. Bu barədə Trend ə Azərbaycan XİN-dən məlumat verilib.

Səfər çərçivəsində hər iki ölkə arasında ikitərəfli siyasi, iqtisadi və mədəniyyət sahəsində əməkdaşlığın inkişafı perspektivlərinin müzakirəsi planlaşdırılır.

Bundan başqa, tərəflər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət, o cümlədən müsəlman dünyasının aktual məsələləri üzrə mövqelərin yaxınlaşdırılmasına dair məsələləri nəzərdən keçirəcək.

Xəbər lenti

Xəbər lenti