...

Səfir Əfşar Süleymani: "İranda Azərbaycan dilində 130-dan artıq qəzet və jurnal çap olunur"

Siyasət Materials 21 İyul 2006 12:27 (UTC +04:00)
Səfir Əfşar Süleymani: "İranda Azərbaycan dilində 130-dan artıq qəzet və jurnal çap olunur"

İranda Azərbaycan dilində 130-dan artıq qəzet və jurnal çap olunur. Trend in məlumatına görə, bu barədə jurnalistlərə İran İslam Respublikasının Azərbaycankı səfiri Əfşar Süleymani məlumat verib.

Səfir İranda yaşayan çoxmilyonlu azərbaycanlıların ana dilində yazıb-oxumaq hüququndan məhrum olması və Azərbaycan dilində məktəblərin olmamasına münasibət bildirib. O qeyd edib ki, İranda yaşayan azərbaycanlıların sayı ilə bağlı Azərbaycan Resbulikasında müxtəlif cür rəqəmlər söylənilir, lakin İranda belə bir statistika aparılmır: "İranda yaşayan bütün xalqların nümayəndələrinin hamısı bu dövlətin vətəndaşlarıdır. Onların hamısının bir vəsiqəsi var, o da İranın vətəndaşı olmalarıdır. Amma bu xalqlar öz hüquqlarından bəhrələnirlər. Yəni, öz milli adət-ənənələrini, dillərini qoruyurlar, öz dillərində qəzet-jurnallar buraxırlar. İranda 130-dan artıq Azərbaycan dilində qəzet-jurnal çıxır. Televiziyalarda Azərbaycan dilində proqramlar gedir"-deyə səfir bildirib.

Əfşar Süleymani İranda Azərbaycan dilində məktblərin olmamasının səbəblərinə də aydınlıq gətirib. Onun sözlərinə görə, bu, İranın rəsmi dövlət dilinin fars dili olması ilə bağlıdır: "İran Konstitusiyasında da yazılıb ki, dövlət dili fars dilidir. Təbii olaraq da vətəndaşlar bu dildə birləşiblər, bu dildə yazışırlar, KİV-lər fars dilində yayımlanır. Amma ölkənin hər bir vəlayətində yaşayan xalqların öz dilində verilişlər yayımlanır. Məsələn, Təbrizdə, Urmiyədə televiziyada Azərbaycan dilində proqramlar gedir. Azəri şairlərinin kitabları çıxır, amma əski əlifbada. Azərbaycanlılar öz dillərində yazır, oxuyur, teleiziya verilişlərinə baxır, kasetləri çıxır, yəni, bir sözlə hər bir şey var. Məktəbin olmamağının səbəbi budur ki, ölkədə hamı rəsmi olaraq bir dildə yazışır. Çöldə-bayırda isə hər kəs öz ana dilində danışır".

Xəbər lenti

Xəbər lenti