...

Tahir Tağızadə: Azərbaycan heç vaxt danışıqlar masasını tərk etməyib

Siyasət Materials 24 İyul 2006 20:27 (UTC +04:00)

Ermənistan xarici işlər naziri Vardan Oskanyanın "İrəvan Metyu Brayzanın Azərbaycanı vasitəçilərin son təklifi əsasında danışıqlar masası arxasına oturmağa inandıra biləcəyinə ümid edir" bəyanatı anlışılmazdır. Bu barədə Trend agentliyinin məlumatına əsasən, Azərbaycan XİN-in Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə bildirib.

"Bir çox söz demək olardı, özü də şərh V.Oskanyanın bəyanatından daha uzun olardı. Demək olardı ki, Azərbaycan heç vaxt danışıqlar masasını tərk etməyib ki, onu yenidən ora qaytarsınlar. İkincisi, yenə də çərçivə sazişi barədə danışıqlar başlayıb, halbuki həmsərdlərin özləri hər hansı bir sənədin deyil, razılaşdırılmamış prinsiplər toplusunun olduğunu deyib. Üçüncü, Ermənistan özü bildirib ki, 2007-ci ildə orada seçkilər keçiriləcək və bu səbəbdən ciddi danışıqlar aparmaq mümkün deyil" - deyə T.Tağızade bildirib. "Yalnız onu deyə bilərəm ki, Ermənistan xarici işlər nazirinin bəyanatlarında nəyin nəzərdə tutulduğunu anlamaq çox çətindir. Əgər dərinə getsək, çox ehtimal ki, o özü belə nə demək istədiyini bilmir" - deyə T.Tağızadə vurğulayıb.

Xəbər lenti

Xəbər lenti