...

Hacı Məmmədov: Elmar Hüseynovu Fərhad Əliyevin sifarişi ilə bizim banda qətlə yetirib

Siyasət Materials 25 İyul 2006 16:42 (UTC +04:00)
Hacı Məmmədov: Elmar Hüseynovu Fərhad Əliyevin sifarişi ilə bizim banda qətlə yetirib

"Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovu keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin sifarişi ilə bizim banda qətlə yetirib. Trend "Azadlıq" radiosuna istinadən xəbər verir ki, bu açıqlamanı iyulun 25-də Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun və onun başçılıq etdiyi bandanın işi üzrə məhkəmə iclasında Hacı Məmmədov verib.

Hacı Məmmədov məhkəmənin nəzərinə çatdırıb ki, həbs olunduğu ilk gündən bununla bağlı ibtidai istintaqa məlumat versə də, məlumtaları rəsmiləşdirilməyib.

Daha sonra Hacı Məmmədov xəstəliyi ilə əlaqədar ifadə verməkdən yorulduğunu bildirib və məhkəmənin işinə fasilə verilməsini xahiş edib.

Banda üzvü Nailə Quliyeva isə məhkəmə iclasının sonunda vəkili Cahangir Cavadovdan imtina etdiyini bildirib. Hakim Əli Seyfəliyev təqsirləndirilən şəxsin başqa vəkillə təmin olunması ilə əlaqədar olaraq məhkəməyə iyulun 27-dək fasilə verib.

Xəbər lenti

Xəbər lenti