...

İbrahim Nəbioğlu: İndiyədək Azərbaycanın İstanbuldakı baş konsulluğuna qətlə yetirilmiş T.İsmayılovanın qohumlarından müraciət daxil olmayıb

Siyasət Materials 26 İyul 2006 13:41 (UTC +04:00)
İbrahim Nəbioğlu: İndiyədək Azərbaycanın İstanbuldakı baş konsulluğuna qətlə yetirilmiş T.İsmayılovanın qohumlarından müraciət daxil olmayıb

İndiyədək Azərbaycanın İstanbuldakı baş konsulluğuna iyulun 24-də qətlə yetirilmiş Azərbaycan vətəndaşı Tamaşa İsmayılovanın qohumlarından müraciət daxil olmayıb. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın İstanbuldakı baş konsulu İbrahim Nəbioğlu məlumat verib.

Onun sözlərinə görə, onun cəsədi İstanbul şəhər meyitxanasındadır. Beynəlxalq hüquq normalarına görə, cənazə onun qohumlarına onların rəsmi müraciətindən sonra verilir. "Əslən Sabirabaddan olan T.İsmayılovanın oradakı qohumlarına xəbər vermək və onların Türkiyəyə gəlişini gözləmək üçün vaxt lazımdır", - deyə baş konsul qeyd edib. Onların müraciətindən sonra baş konsulluq cənazənin vətənə göndərilməsi üçün lazımi sənədləri hazırlayacaq", - deyə İ.Nəbioğlu bildirib. O qeyd edib ki, fakt üzrə cinayət işi qaldırılıb və istintaq aparılır.

Xatırladaq ki, dünən Türkiyənin İstanbul şəhərində Azərbaycan vətəndaşı, Sabirabad rayonunun sakini Tamaşa İsmayılova bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. İstanbul polisinin versiyasına görə, hadisədən əvvəl T.İsmayılova ilə onun tanışı, Türkiyə vətəndaşı Erkan Sərtqaya arasında münaqişə yaranıb. Nəticədə T.İsmayılova aldığı çoxsaylı bıçaq zərbələrindən keçinib.

Xəbər lenti

Xəbər lenti