...

Gəncənin səkilərinin asfaltlanmasına başlanılıb

Siyasət Materials 26 İyul 2006 19:34 (UTC +04:00)

Gəncə şəhər Çoxsahəli Mənzil Komunal Təsərrüfat İstehsalat Birliyinin baş mühəndisi Zahid Məmmədovun verdiyi məlumata görə, Gəncənin səkilərinin asfaltlanmasına başlanılıb.

Onun sözlərinə görə, bu günə kimi şəhərdə təxminən 1500 m 2 səki asfaltlanıb. Abadlıq işləri çırçivəsində görülən səkilərin asfaltlanma işlərinə 2006-cı ilin ikinci yarımilliyi üçün 100 000 AZN məbləğində vəsait ayrılıb. İlin sonuna kimi Gəncədə 17 min m2 səki asfaltlanajaq.

Zahid Məmmədov bildirib ki, ilk olaraq mərkəzi küçələrdə asfaltlanma işləri aparılacaq. Sonra isə şəhərin bir qədər kənar küçələrində səkilərə asfalt örtük salınacaq.

Xəbər lenti

Xəbər lenti