...

Namizədliyini irəli sürən şəxslərin və imza vərəqlərinin təhvil verilmə vaxtı iyulun 27-də başa çatacaq

Siyasət Materials 26 İyul 2006 20:43 (UTC +04:00)

Oktyabrın 6-da 604 bələdiyyəyə keçiriləcək təkrar, əlavə və yeni seçkilərdə iştirak etmək üçün namizədliyini irəli sürən şəxslərin seçki sənədləri və imza vərəqələrinin təhvil verilməsi vaxtı iyulun 27-də saat 18.00-da başa çatır. Trend İTV-yə istinadən xəbər verir ki, hazırda seçici siyahılarında 809643 seçicinin adı qeydə alınıb.

O da bildirilib ki, 1942 yer uğrunda mübarizə aparmaq üçün artıq 4401 nəfər namizədliyini irəli sürüb. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib ki, onlardan 4374-ü imzatoplama kampaniyasına başlayıb. Son məlumatlara görə 3779 nəfərin namizədliyi dairə seçki komissiyası tərəfindən qeydə alınıb: "Sənədlərin təhvil verilmə vaxtı başa çatdıqdan on gün müddətində müvafiq dairə seçki komissiyaları namizədliklərini irəli sürən şəxslərin qeydiyyatı məsələsinə baxacaq. Bu proses avqustun 7-dək davam edəcək".

Avqustun 7-dən etibarən isə namizədlikləri qeydə alınan şəxslərin seçkiqabağı təbliğatı başlayacaq. Yaxın vaxtlarda isə seçkilərdə iştirak edəcək əcnəbi vətəndaşların siyahısı tərtib olunacaq. Bununla əlaqədar MSK Xarici İşlər Nazirliyinə müraciət edib: "O şəxslər seçkilərdə iştirak edə bilərlər ki, Azərbaycanda 5 ildən artıq yaşasınlar. Xarici İşlər Nazirliyindən 11 belə ölkənin adı bizə verilib".

Xəbər lenti

Xəbər lenti