...

Azərbaycanın Avstriyadakı səfiri Yuxarı Avstriya Federal Əyalətində görüşlər keçirib

Siyasət Materials 27 İyul 2006 14:00 (UTC +04:00)

Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov Yuxarı Avstriya Federal Əyalətinin rəsmi şəxsləri ilə görüşlər keçirib. Bu barədə Trend ə Azərbaycan XİN-in mətbuat mərkəzindən məlumat verilib.

Əyaələtə səfəri zamanı diplomat əyalətin qubernatoru Yozef Püringer, İqtisadi Palatanın prezidenti Rudolf Trauner, Lints şəhərinin vitse-meri Kristina Doleşal və Azərbaycan-Avstriya Cəmiyyətinin başçısı Cangir Taləbi ilə görüşüb. Səfir Azərbaycanın Avstriyanın inkişaf etmiş bu əyaləti ilə iqtisadi əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb. F.İsmayılov Lints və Sumqayıt arasında əlaqələrin yaradılması təşəbbüsü ilə çıxış edib.

Əyalətin qubernatoru bu təşəbbüsü dəstəkləyib və onun həyata keçirilməsində hər cür yardım göstərəcəyini vəd edib. Tərəflər turizm, nəqliyyat, sənaye və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi də aparıb.

Xəbər lenti

Xəbər lenti