...

BMT ÜƏP –in icraçı direktoru Azərbaycanda "Uzunmüddətli yardım və bərpa əməliyyatı"nın növbəti mərhələsini müzakirə edir

Siyasət Materials 27 İyul 2006 14:56 (UTC +04:00)

BMT Ümumdünya Ərzaq Proqramının (BMT ÜƏP) İcraçı direktoru Ceyms Morris Azərbaycan höküməti ilə bu günlərdə həyata keçirilməyə başlanacaq "Uzunmüddətli yardım və bərpa əməliyyatı" proqramının növbəti mərhələsini müzakirə edir. Bu barədə Trend ə BMT ÜƏP-in Bakı ofisindən bildiriblər.

Bu gün onun baş nazir Artur Rəsizadə, baş nazir müavini, Qaçqın və Məcburi köskünlər üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, XİN başçısı Elmar Məmmədyarov və çox ehtimal ki, prezident İlham Əliyevlə görüşləri planlaşdırılıb.

BMT ÜƏP nümayəndəsi ölkənin 11 rayonunda yerləşdirilmiş Azərbaycanın 130 000 məcburi köçkününə ərzaq yardımı göstərəcək proqramın həyata keçirilmə məsələləri üzrə fikir mübadiləsi aparmaq niyyətindədir. BMT ÜƏP son 12 il ərzində erməni təcavüzü nəticəsində zərər çəkmiş Azərbaycanın qaçqın və məcburi köçkünlərinə ərzaq yardımı göstərən ilk beynəlxalq təşkilatlardan biridir.

Ölkədə olduğu vaxtda Ceyms Morris qaçqın və məcburi köçkünlərin İmişli və Biləsuvar rayonlarındakı düşərgələrini və yeni məskunlaşma yerlərinə baş çəkib və burada bu kateqoriyanın insanlarının vəziyyəti ilə tanış olub.

C.Morris Azərbaycan səfərinin sonunda - iyulun 28-də Hyatt Park otelində mətbuat konfransı keçirəcək. ÜƏP-in icraçı direktoru Azərbaycandan sonra Gürcüstan və Ermənistana səfər edəcək. Bu barədə ofisdən xəbər veriblər.

Xəbər lenti

Xəbər lenti