...

Konsul: Livan xalqı humanitar yardım göstərmək haqqında qərara görə Azərbaycana minnətdardır

Siyasət Materials 27 İyul 2006 17:43 (UTC +04:00)

Livan xalqı humanitar yardım göstək haqqında qərara görə Azərbaycana minnətdardır. Bu barədə, milliyyətcə ərəb olan Azərbaycanın Livandakı fəxri konsulu Nazih Qassub Trend ə eksklüziv müsahibəsində bildirib.

N.Qassub qeyd edib ki, o, televiziya vasitəsilə prezident İlham Əliyevə yardım göstərmək təşəbbüsünə görə təşəkkür etmək niyyətindədir. "Livan xalqının belə bir ağır vəziyyətdə olduğu zaman bu yardım böyük əhəmiyyət daşıyır. Livanda bunu yüksək qiymətləndirirlər" - deyə N.Qassub bildirib.

Diplomat deyib ki, Livan Daxili İşlər Nazirliyi ölkənin hansı yardıma ehtiyacı olduğunu müəyyənləşdirmək üçün müzakirə aparmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti