...

Azərbaycan və Türkiyə iqtisadi əməkdaşlıq üzrə hökümətlərarası komissiyanın yekunlarına görə protokol imzalayıb

Siyasət Materials 28 İyul 2006 17:52 (UTC +04:00)
Azərbaycan və Türkiyə iqtisadi əməkdaşlıq üzrə hökümətlərarası komissiyanın yekunlarına görə protokol imzalayıb

Bu gün Bakıda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə hökümətlərarası komissiyasının yekunları ilə bağlı protokol imzalanıb. Protokolu Azərbaycan tərəfindən həmsədr, baş nazirin müavini Abid Şərifov, Türkiyə tərəfdən dövlət naziri Mehmed Aydın imzalayıb.

Ölkə nümayəndələri bu həftə keçirilən iclasın ondan əvvəlki iclasdan daha geniş formatda keçməsinə görə fərqləndiyini təsdiq ediblər.

A.Şərifovun sözlərinə görə, məqsəd hər iki ölkə iqtisadiyyatının yaxşılaşdırılması istiqamətində birgə fəaliyyətin genişləndirilməsidir. "Biz razılığa gəldik ki, il ərzində əldə edilmiş razılıqların yerinə yetirilməsinə nəzarət üçün işçi qrupların görüşü keçirilsin", - deyə o bildirib.

Türkiyənin dövlət naziri bildirib ki, bu iclasda tərəflər gələcək illərdə atacaqları addımları müəyyənləşdiriblər. "Problem məlumdur, lakin hər dəfə biz onları minimuma çatdırmaq üçün azaltmağa çalışırıq", - deyə A.Şərifov qeyd edib.

Türkiyənin baş naziri BTC boru kəmərinin istismara başlaması və Cənubi Qafqaz boru kəmərinin oktyabr ayında işə salınacağından məmnun olduğunu bildirib. O, həmçinin qeyd edib ki, TPAO şirkəti Azərbaycanda öz fəaliyyətini genişləndirmək istədiyini bildirib.

İqtisadi əməkdaşlıq üzrə hökümətlərarası komissiyanın iclasında qarşılıqlı borc, kvota, vergi və gömrük məsələləri gözdən keçirilib.

A.Şərifov qeyd edib ki, bu gün tikinti bazarının 85%-ini Türkiyə şirkətləri tutub. "Təxminən 6 min türk mütəxəssisi Bakıdakı tikinti müəssisələrində işləyir", - deyə o bildirib.

Türkiyənin dövlət naziri qeyd edib ki, gələcəkdə Azərbaycan iqtisadiyyatına böyük sərmayələrin qoyulacağı və çox güman ki, ticarət evinin yaradılacağı güman edilir.

Xəbər lenti

Xəbər lenti