...

Rəbiyyət Aslanova: Cənubi Qafqazda əvvəlki sakitlik bərpa olunmalıdır

Siyasət Materials 1 Avqust 2006 15:44 (UTC +04:00)
Rəbiyyət Aslanova: Cənubi Qafqazda əvvəlki sakitlik bərpa olunmalıdır

Tbilisidə "Ənənəvi dini nəzəriyyələrdə qadınların rolu" adlı beynəlxalq konfrans keçirilib.Tədbir iştirakçıları qətnamə qəbul ediblər ki, burada müxtəlif dinlərdən olan qadınların xoşməramlı şəxslərə münaqişələrin nizamlanması üçün bütün səylərini səfər etmələri haqqında müraciəti əks olunub. Trend in Gürcüstandakı xüsusi müxbiri Milli Məclisin İnsan Haqları üzrə Komissiyasının sədri Rəbiyyət Aslanovadan müsahibə götürüb.

- Sizcə, müasir cəmiyyətdə qadın problemi nə dərəcədə aktualdır?

- Bu gün qadın hüquqları məsələsi çox aktualdır və problem formasını XX əsrin sonu- XXI əsrin əvvəlində alıb. Bizim ətrafımızda baş verən proseslərin, mövcud qarşıdurmaların və münaqişələrin həll edilməsi tələb olunur.
Bu problem və ziddiyyətlərin həllində isə qadınlar fəal iştirak etməliyik. Ocağın qoruyucusu olan qadın ailəsində və cəmiyyətdə sakitliyin bərqərar olmasına çalışır, çünki yalnız bu, onun uşaqlarına normal şəraitdə böyüməyə, insanlara isə daxili sakitlik tapmağa imkan verə bilər.

- Bu məsələdə Tbilisi konfransı kimi tədbirlər hansı rolu oynaya bilər?

- Qadınların artan narahatlığı ilə bağlı bənzər konfranslar dünyanın bir çox regionlarında keçirilir. Bu gün biz Qafqazın ən gözəl guşəsi Gürücstandayıq, lakin bizdən bir az aralı - Yaxın Şərqdə kişi, qadın və uşaqlar qətlə yetirilir və biz dini qarşıdurmanın şahidi oluruq.
Uzun müddət mədəniyyətlər, sivilizasiyalar arasındakı dialoqdan danışmışıq, bu gün isə görürük ki, bu cür qarşıdırmalar mövcud olmaqdadır. Biz nikbin olsaq da, yeni minillik bizim ümidlərimizi doğrultmadı. Hazırda dünya qarşıdurması təhlükəsi var, dünya ictimaiyyəti bu problemləri həll etməlidir.
Əgər dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar Yaxın Şərqdəki münaqişəni dayandırmasa və dondurulmuş münaqişələri həll etməsə, gələcəyə ümidlə baxa bilməyəcəyik. Belə konfranslar ona görə lazımdır ki, problemlərin həllində təkcə siyasətçilər, ictimai xadimlər və dini nümayəndələr deyil, cəmiyyətin bütün üzvləri iştirak etsin.
Konfrans isə o vaxt nəticə verir ki, biz sözlə məhdudlaşmayıb konkret hərəkətə keçirik. Konfransın təntənəli olması faktı o deməkdlir ki, qadın problemlərinə maraq böyükdür və bu məsələ aktualdır.

- Konfransın nəticələrini necə qiymətləndirirsiniz?

- Qadınlar daha fəal olmalı, problemləri daha təkidlə həll etməli və müxtəlif instansiyalara müraciət etməlidirlər. Cəmiyyətdə bir çox məsələlər qadınlardan asılıdır. Birinci növbədə, bu, Yaxın Şərqdə sülhün təminatı, terrorçuluq və separatçılıqla mübarizədir. Qadınlara sülh lazımdır və qadınlar kişilərdən daha çox münaqişələri sülh yolu ilə həll etməyə qadirdir, çünki qadın - yaradıcı qüvvə, ana və ocağın qoruyucusudur.

- Konfransda regiondakı münaqişələrin həllində qadınların rolundan söhbət gedibmi?

- Biz uzun müddət fəxr edirdik ki, Cənubi Qafqaz Allahın sevdiyi yerdir və burada müxtəlif millət və dinlərin nümayəndələri yaşayır. Cənubi Qafqaz bir növ sülh və əmin-amanlığın modeli idi, lakin son illər regionda baş verənlər düşünməyə əsas verir. Münaqişələr həll olunmur, müxtəlif missiyalar tanışlıq səfərləri edir və müşahidəçi funksiyalarını yerinə yetirir. Müşahidə etməli isə bir şey qalmayıb, problemlərin həlli vaxtı çatıb.
Cənubi Qafqazda əvvəlki sakitlik, nüfuz bərpa olunmalı və ruhanilər xalqları sülh və əmin-amanlığa çağıraraq bu işə öz tövhəsini verməlidir.

Xəbər lenti

Xəbər lenti