...

"Bizim Azərbaycan" blokunda aylıq sədrlik institutu ləğv olunacaq

Siyasət Materials 3 Avqust 2006 15:00 (UTC +04:00)

"Bizim Azərbaycan" blokunun əsasnaməsində dəyişiklik ediləcək. Bu barədə Trend ə adıçəkilən blokda təmsil olunan Türk Millətçi Partiyasının sədri Vüqar Bəyturan bildirib.

Partiya sədri bildirib ki, blokun avqustun 5-də keçiriləcək növbəti toplantısında bu məsələ müzakirə ediləcək: "Blok ənənəvi idarəetmə prinsiplərindən əl çəkəcək. Sənəddə blokun strukturunun mərkəzləşdirilmiş formada fəaliyyət göstərəcəyi əks olunub. Belə ki, blokda aylıq sədrlik institutu ləğv olunacaq, illik və yaxud da daimi sədrlik institutu yaradılacaq".

V.Bəyturan onu da qeyd edib ki, blokun sədrliyinə namizədlərin adları məlumdur. Partiya sədri bildirib ki, seçiləcək sədr birbaşa blok adından sərəncam vermək və yaxud digər siyasi qüvvələrlə danışıqlar aparmaq səlahiyyətinə malik olacaq.

Xəbər lenti

Xəbər lenti