Azərbaycan İslam Partiyası İsrail səfirliyi qarşısında etiraz aksiyası keçirilməsi ilə bağlı avqustun 4-də Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib. Bu barədə Trend ə partiyanın sədri Hacıağa Nuri məlumat verib.
Müraciətdə bildirilir ki, avqustun 9-da saat 12.00-da İsrailin Bakıdakı səfirliyi qarşısında piket keçirilməsi plandlaşdırılır. Hacıağa Nuri qeyd edi ki, Bakı Şəhər İcra Hakimiyyətinin aksiyanın keçirilməsinə müsbət cavab verməyəcəyi təqdirdə, bu məsələ partiyada müzakirə olunacaq və piketlə bağlı müvafiq qərar veriləcək.