...

YAP-ın dəvəti ilə Rumıniyanın nümayəndə heyəti avqustun 7-də Bakıya səfər edəcək

Siyasət Materials 5 Avqust 2006 12:35 (UTC +04:00)

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) dəvəti ilə Buxarest şəhər ikinci sektorunun müdiri, hakim Sosial Demokrat Partiyası Buxarest şəhər təşkilatı sədrinin müavini Nikolos Ontsanonun rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 7-də 4 günlük Bakıya səfər edəcək. Bu barədə Trend ə YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib.

Rumıniyalı qonaqlar səfərin ilk günündə saat 14.00-da Fəxri Xiyabanda ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edəcək. Daha sonra 14.30-da Şəhidlər Xiyabanı ziyarət olunacaq. Həmin gün saat 15.00-da qonaqlar Heydər Əliyev Fondu ilə tanış olacaqlar.

Qonaqları Bakıda YAP icra katibinin müavini, millət vəkili Səyavuş Novruzov, Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov və Xarici İşlər Nazirliyinin yksək rütbəli məmurları müşayiət edəcək.

Xəbər lenti

Xəbər lenti