...

Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Siyasət Materials 7 Avqust 2006 15:50 (UTC +04:00)
Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Ötən həftənin yekunları üzrə Azərbaycan Milli Bankının manatın ABŞ dollarına münasibətdə müəyyənləşdirdiyi rəsmi məzənnəsi 0,101 bənd (1,01%) möhkəmlənib. Ötən həftə orta məzənnə 1 ABŞ dollarına görə 0,89638 manat səviyyəsində müəyyənləşdirilib.

Trend agentliyinin məlumatına əsasən, bü müddətdə dolların manata nisbətdə məzənnəsinin maksimum səviyyəsi iyulun 31 və avqustun 1-də (0,9090), minimum isə - avqustun 3-də (0,8879 manat) qeydə alınıb.

Manatın dollarla nisbətdə rəsmi məzənnəsi:

24 iyul

0,8888

31 iyul

0,9090

25 iyul

0,8886

1 avqust

0,9090

26 iyul

0,8888

2 avqust

0,8880

27 iyul

0,8886

3 avqust

0,8879

28 iyul

0,8886

4 avqust

0,8880

Cəmi

0,88868

Cəmi

0,89638


Ötən həftə Bakı Banklararası valtyuta birjasında bağlanmış sövdələr nəticəsində manatın ABŞ dollarına münasibətdə birja məzənnəsi 0,0004 bənd (0,04%) artıb. Orta məzənnə 1 dollara görə 0,88722 manat həcmində müəyyənləşdirilib.

Ötən həftə dolların manata nisbətdə məzənnəsinin maksimum səviyyəsi avqustun 2-də (0,8877 manat), minimum isə - avqustun 1 və 3-də (0,8869 manat) qeydə alınıb.

Bu müddətdə BEST-də valyuta ilə bağlanmış sövdələr aşağıdakı kimidir: iyulun 31-də 0,8871 AZN/USD orta mübadilə məzənnəsilə $0,8 mln., avqustun 1-də 0,8869 AZN/USD məzənnəsilə - $5,03 mln., avqustun 2-də 0,8877 AZN/USD məzənnəsilə - $4,235 mln., avqustun 3-də 0,8869 AZN/USD məzənnəsilə - $5,27 mln., avqustun 4-də 0,8875 AZN/USD məzənnəsilə - $9,636 mln. təşkil edib.

Manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi

24 iyul

0,8884

31 iyul

0,8871

25 iyul

0,8881

1 avqust

0,8869

26 iyul

0,8884

2 avqust

0,8877

27 iyul

0,8882

3 avqust

0,8869

28 iyul

0,8882

4 avqust

0,8875

Cəmi

0,88826

Cəmi

0,88722


Rusiya (RUB/AZN) və Avropa (EUR/AZN) valyutaları ilə sövdələr bağlanmayıb.

Rusiya valyutası (RUB/AZN)ilə sövdələşmə olmayıb. EUR/AZN aləti üzrə 7 956,20 AZN həcmi qeydə alınıb. Orta məzənnə 1 avroya görə 1,1366 AZN təşkil edib.

Bu müddətdə özəlləşdirmə çeklərinin qiyməti dəyişkən olub. Həftənin əvvəlində 85 köhnə manat səviyyəsində olduğu halda (17 AZN), avqustun 1 və 2-də 80 min manat (16 AZN), avqustun 3-də 75 min manat (15 AZN), avqustun 4-də 80 min manat (16 AZN) təşkil edib.

Xəbər lenti

Xəbər lenti