...

VHP-nin hərbi hissələr üçün topladığı kitablar Müdafiə Nazirliyi əməkdaşlarına təhvil verilib

Siyasət Materials 7 Avqust 2006 16:12 (UTC +04:00)

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlının hərbi hissələrdə kitabxanaların yaradılması məqsədilə topladığı kitablardan 1200 nüsxə Müdafiə Nazirliyinin müvafiq şöbəsinə təhvil verilib. Bu barədə Trend ə VHP-dən məlumat verilib.

Kitabtoplama kampaniyasına Azərbaycan ziyalıları, yazıçı və şairləri də qoşulub, öz kitabxanalarından kampaniyaya dəstək məqsədilə 3200 ədəd kitab bağışlayıblar.

Avqustun 7-də 1200 nüsxə kitab VHP-nin qərargahında Müdafiə Nazirliyinin müvafiq şöbəsinin əməkdaşlarına təqdim olunub. Müdafiə Nazirliyi həmin kitabların hərbi hissələrə göndərilməsi və kitabxanaların yaradılmasının təşkilatçılığını öz üzərinə götürüb.

Sabah - avqustun 8-də isə daha 2000 nüsxə Müdafiə Nazirliyinə təhvil veriləcək.

Xatırladırıq ki, hərbi hissələrdə kitabxanaların yaradılması məqsədilə başlanan kampaniya bundan sonra ziyalıların daha aktiv iştirakı ilə davam edəcək və toplanan kitablar mərhələ-mərhələ Müdafiə Nazirliyinə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti