...

Sentyabrda "Demokratiya və iqtisadi inkişaf təşkilatı GUAM"-ın XİN başçılarının görüşü keçiriləcək

Siyasət Materials 9 Avqust 2006 13:05 (UTC +04:00)
Sentyabrda "Demokratiya və iqtisadi inkişaf təşkilatı GUAM"-ın XİN başçılarının görüşü keçiriləcək

Sentyabr ayında BMT Baş Assambleyasının iclası çərçivəsində "Demokratiya və iqtisadi inkişaf təşkilatı GUAM"-ın XİN başçılarının görüşü keçiriləcək. Trend in Tbilisidəki xüsusi müxbirinə Gürcüstan XİN-dən verilən xəbərə görə, bu barədə Gürcüstan xarici işlər naziri Qela Bejuaşvilinin Ukraynanın xarici işlər naziri Boris Tarasyukla telefon danışığından sonra məlum olub.

Xatırladaq ki, "Demokratiya və iqtisadi inkişaf təşkilatı GUAM" mayın 22-23-də Kiyevdə dörd dövlət - Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova tərəfindən yaradılıb. Təşkilatın əsas məqsədi demokratik dəyərlərin gücləndirilməsi, beynəlxalq və bölgələrarası təhlükəsizlik, təhlükəsiz məkanın yaradılması üçün Avropa inteqrasiyasının gücləndirilməsindən ibarətdir.

Telefon danışığı zamanı GUAM ölkələrinin Nazirlər şurasının müzakirə edəcəyi mövzular barədə danışılmayıb.

Qela Bejuaşvili həmkarını nazir vəzifəsinə təsdiq edilməsi və Ukraynanın yeni hökümətinin formalaşması münasibətilə təbrik edib. Gürcüstanın XİN başçısı Gürcüstan və Ukrayna arasındakı münasibətləri daha da dərinləşdirmək arzusunu yenə də bildirib.

Xəbər lenti

Xəbər lenti