...

Azərbaycan Ziyalılar Hərəkatı icarəyə götürdüyü qərargahdan çıxarılıb

Siyasət Materials 9 Avqust 2006 13:47 (UTC +04:00)

Azərbaycan Ziyalılar Hərəkatı (AZH) Süleyman Rəhimov küçəsi 203 ünvanda icarəyə götürdüyü qərargahdan çıxarılıb. Bu barədə Trend ə AZH lideri Eldəniz Quliyev bildirib.

E.Quliyev qərargahdan çıxarılmanın səbəbini ictimai-siyasi fəallıqları ilə əlaqələndirib: "Amma icarəyə götürdüyümüz ofisin sahibi bunu başqa səbəblərlə bağlayıb. İcarə haqqını belə vaxtında ödəmişik". E.Quliyev onu da söyləyib ki, qərargahsız qalmaları hərəkatın fəaliyyətinə mənfi təsir göstərəcək.

AZH lideri vurğulayıb ki, qərargahı boşaltmaq üçün onlara bir neçə gün vaxt verilib. Artıq AZH-yə məxsus olan əşyalar qərargahdan daşınır. E.Quliyev yeni qərargah axtarışına çıxacaqlarını bildirib.

Xəbər lenti

Xəbər lenti