...

Ramil Usubov: Hacı Məmmədovun məhkəmədə dediyi hər sözə inanmaq lazım deyil

Siyasət Materials 11 Avqust 2006 14:43 (UTC +04:00)

Məhkəmədə hər bir adam istədiyini deyə bilər, lakin hər sözə həqiqət kimi yanaşmaq lazım deyil. Trend in xəbər verdiyi kimi, bu barədə avqustun 11-də Azərbaycanın daxili işlər naziri Ramil Usubov Azərbaycan DİN -in Baş cinayət axtarışı idarəsinin (BCAİ) keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun məhkəmədə verdiyi bəyanatı şərh edərkən jurnalistlərə bildirib.

"Hamının, xüsusən də bu cür ağır cinayətlər törətmiş insanın öz maraqları var. Ondan hər şey gözləmək olar, ona görə də bu cür məsələlərə çox fikir vermək lazım deyil", - deyə nazir bildirib və əlavə edib ki, günahkarlar üzə çıxır və "yəqin ki, məhkəmə cinayətkarlara qarşı ədalətli qərar çıxaracaq".

Hacı Məmmədovun cinayətkar bandasının fəaliyyəti dövründə nazirliyə müvafiq siqnalların daxil olub-olmadığı barədə suala DİN başçısı belə cavab verib: "İstənilən halda bütün daxil olan siqnal və xəbərdarlıqlara reaksiya vermək lazımdır və biz belə də edirdik. Prokurorluq orqanları tərəfindən təhqiqatlar keçirilirdi. Əgər polisin hər hansı əməkdaşından şübhələnirdiksə, biz öz tədbirlərimizi görürdük", - deyə R.Usubov bildirib və qeyd edib ki, "görünür, biz öz sıralarımızda olan cinayətkarları vaxtında seçə bilməmişik". Lakin bu əsas vermir ki, kimsə, buna əsaslanaraq, Azərbaycan polisini və onun rəhbərliyini ləkələsin.

Xəbər lenti

Xəbər lenti