...

AZAL-ın baş direktorunun birinci müavini: Bakı hava limanında təhlükəsizlik məsələlərinə baxan əməkdaşların sayı artırılıb

Siyasət Materials 12 Avqust 2006 14:17 (UTC +04:00)
AZAL-ın baş direktorunun birinci müavini: Bakı hava limanında təhlükəsizlik məsələlərinə baxan əməkdaşların sayı artırılıb

Hazırda H.Əliyev adına Bakı Beynəlxalq Hava Limanında ciddi təhlükəsizlik tədbirləri görülməkdədir. Həmin tədbirlər Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına uyğundur. Bu barədə Trend ə AZAL dövlət konserninin baş direktorunun birinci müavini Sabir İlyasov bildirib.

Hava limanında yoxlama aparan işçilərin sayı artırılıb. S.İlyasovun sözlərinə görə, bu, baxışın keyfiyyətinə xələl gətirmədən proseduru tezləşdirilməyə kömək göstərir. Bu gün Bakı hava limanında iki nəzarət sistemi var. Birincisi hava limanının girişində, ikincisi isə təyyarələrin olduğu yerdədir. Bunların arasında gömrük yoxlaması da var.

Cümə axşamı Britaniya polisi terrorçuların ölkə limanlarından uçacaq 10 təyyarəni havada partlatmaq planlarını açıqladıqda, onlarla reys təxirə salındı. Bununla əlaqədar Brüssel hava limanı, Almaniyanın Lufthansa şirkəti, İspaniyanın Iberia şirkəti, Yunanıstanın Olympic şirkəti də Londona gedən reysləri ləğv edib.

Xəbər lenti

Xəbər lenti