...

Sabir Rüstəmxanlı: "DAK-da iş görənlərdən çox ittiham yürüdənlər var"

Siyasət Materials 18 Avqust 2006 16:46 (UTC +04:00)

"Dünya Azərbaycanlıları Konqresində, təəssuf ki, iş görənlərdən çox ittiham yürüdənlər var. Hər kəs üzərinə düşən vəzifəni yerinə yetirməkdən daha çox bir-birini ittiham etməyə üstünlük verir". Bu fikirləri Trend ə açıqlamasında Dünya Azərbaycanlıları Konqresi (DAK) Məclisinin sədri Sabir Rüstəmxanlı bildirib.

Qeyd edək ki, "Belcika Azərbaycan Evi"nin sədri Bülənt Gürcam təmsil olunduğu Dünya Azərbaycanlıları Konqresinin (DAK) Belçika nümayəndəsi vəzifəsindən və Məclis üzvlüyündən istefa verib. O, DAK-ın ünvanına bir sıra ittihamlar səsləndirib və istefasının səbəblərini konqresin tutarsız, Azərbaycan diasporuna zidd fəaliyyət göstərməsi və nümayəndəliklərdən xəbərsiz işlər görməsi ilə əlaqələndirib.

S.Rüstəmxanlı B.Gürcamın ittihamlarını qəbul etmədiyini deyib. Onun sözlərinə görə, bir nəfərin getməsi ilə DAK kasıblaşmayacaq və bu, təşkilatın qarşıya qoyduğu məqsədlər uğrunda mübarizəni zəiflətməyəcək.

S.Rüstəmxanlı B.Gürcamın DAK sədrliyinə namizədliyini verəcəyi barədə bəyanatına da münasibət bildirərək qeyd edib ki, DAK demokratik bir təşkilatdır və hər bir kəs sədrliyə namizədliyini irəli sürə bilər: "Sədr seçilmək böyük məsuliyyət daşımaq, insanların sevgisini və etibarını qazanmaq deməkdir. Əgər o, bu etmadı qazanıbsa və geniş imkanları varsa, sədrliyə iddialı olmasını çox normal qarşılayıram. Təşkilat sədri seçilmək çətin problem deyil, əsas məqsəd odur ki, bizim Güney Azərbaycanda liderlərimiz olsun, hərəkat öndərləri yetişsin".

Xəbər lenti

Xəbər lenti