...

Ukrayna prezidenti Azərbaycanın xarici işlər naziri və müavinini dövlət mükafatları ilə təltif edib

Siyasət Materials 22 Avqust 2006 11:24 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "knyaz Yaroslav Mudrı" V dərəcəli ordeni, xarici işlər nazirinin müavini Araz Əzimov isə "Xidmətlərinə görə" III dərəcəli ordeni ilə təltif edilib.

Trend in xüsusi müxbirinin məlumatına görə, ölkə prezidentinin "Ukraynanın müstəqilliyinin 15 illiyi münasibətilə xarici ölkə vətəndaşlarının Ukraynanın dövlət mükafatları ilə təltif edilməsi haqqında" fərmanında qeyd edilir ki, bu vətəndaşlar "beynəlxalq əməkdaşlığın inkişafına, Ukraynanın dünyada müsbət nüfuzunun möhkəmlənməsinə, ölkənin tarixi və müasir sərvətlərinin geniş yayılmasına böyük töhfə verdiklərinə görə mükafatlandırılır".

Fərmanda digər xarici ölkə vətəndaşları ilə yanaşı, Avropa İttifaqı Şurasının baş katibi, Aİ-nin ümumi xarici və siyasi təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Xavyer Solananın, 1989-1992-ci illərdə Çexoslovakiya Sosialist Federativ Respublikasının prezidentinin, o cümlədən 1993-2003-cü illərdə Çexiya Respublikasının prezidenti olmuş Vatslav Qavelin Ukraynanın dövlət mükafatları ilə təltif edilməsi də nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti