...

Azərbaycan prezidenti Vladimir Putinə başsağlığı verib

Siyasət Materials 23 Avqust 2006 13:37 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev avqustun 23-də Rusiya prezidenti Vladimir Putinə başsağlığı teleqramı göndərib.

Trend xəbər verir ki, məktubda Anapa-Sankt-Peterburq reysini yerinə yetirən TU-154 təyyarəsinin bir gün əvvəl qəzaya uğraması, ekipaj üzvləri və sərnişinlərin həlak olması ilə əlaqədar Rusiya prezidentinə dərin hüznlə başsağlığı verib. "Bu xəbər məni çox kədərləndirdi. Azərbaycan xalqı adından və öz adımdan Sizə, həlak olanların qohum və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm", - deyə məktubda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti