...

Azərbaycan prezidenti Sloveniyaya rəsmi səfər edəcək

Siyasət Materials 24 Avqust 2006 13:46 (UTC +04:00)
Azərbaycan prezidenti Sloveniyaya rəsmi səfər edəcək

Avqustun 28-29-da Azərbaycan prezidenti İlham Əliyev Sloveniyaya rəsmi səfər edəcək. Bu barədə Trend ə eksklüziv olaraq Sloveniyanın ölkəmizdəki konsulu Borut Mequsar (Borut Megusar) məlumat verib.

Diplomatın sözlərinə görə, hazırda Azərbaycan hökuməti və Xarici İşlər Nazirliyinin ekspertləri Sloveniyada işgüzar səfərdədir. Ekspertlər səfər proqramını və danışıqların gündəliyini hazırlayır. Bundan başqa onlar səfər zamanı imzalanacaq ikitərəfli sənədlərin layihələr paketi üzərində işləyir.

Avqustun 27-də isə İlham Əliyev Sloveniya hökuməti tərəfindən təşkil olunmuş "Xəzər - 2008" beynəlxalq iqtisadi forumunda iştirak edəcək.

Forum enerji ehtiyatlarının Xəzər regionundan Qərbi Avropaya tədarükü məsələlərinə həsr olunacaq. Foruma dünyanın işgüzar dairələrinin 180-dən çox nüfuzlu nümayəndəsi, region ölkələrinin siyasətçiləri, dövlət və hökumət başçıları dəvət olunub", - deyə diplomat bildirib.

Xəbər lenti

Xəbər lenti