...

Belarusun Azərbaycandakı səfiri Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşüb

Siyasət Materials 24 Avqust 2006 15:19 (UTC +04:00)

Avqustun 24-də Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşüb. Bu barədə Trend ə Mərəkzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

MSK sədri qonağı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulıb. Belarus Respublikası ilə seçki sahəsində səmərəli əməkdaşlıq etdiklərini söyləyən M.Pənahov Azərbaycan nümayəndə heyətinin Belarusda keçirilən əksər seçkilərdə müşahidəçilik etdiyini, Belarus təmsilçilərinin də Azərbaycanda keçirilən seçkilərdə müşahidəçilik missiyasını yerinə yetirdiklərini bildirib. O, Belarus və Azərbaycan MSK-ları arasında sıx əlaqələrin olduğunu vurğalıb. Belarus MSK sədrinin Azərbaycanda keçirilən referendumda müşahidəçilik etdiyini səfirin diqqətinə çatdırıb. M.Pənahov müşahidəçiliyin çox əhəmiyyyətli institut olduğunu qeyd edərək gələcəkdə də sözügedən sahədə əməkdaşlığın vaciblini dilə gətirib.

Sədrin fikirlərilə şərik olduğunu söyləyən səfir bildirib ki, müşahidəçilər seçkilərlə bağlı obyektiv informasiya alınmasında vacib rol oynayırlar. N.Patskeviç Azərbaycanın bir çox sahələrlə yanaşı demokratik cəmiyyət quruculuğu sahəsində də uğurlar əldə etdiyini deyib. Səfirin sözlərinə görə, demokratik cəmiyyətin qurulması üçün seçkilərin demokratik keçirilməsi vacibdir və Azərbaycan bu sahədə əhəmiyyətli nailiyyətlər qazanıb. Qonaq Azərbaycanın demokratik inkişaf və iqtisadi çiçəklənmə yolunda bundan sonra da inamla irəliləyəcəyinə inandığını deyib.

Xəbər lenti

Xəbər lenti