...

Sloveniya prezidenti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır

Siyasət Materials 28 Avqust 2006 19:00 (UTC +04:00)

Sloveniya prezidenti Yanez Drnovşek bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Trend in ANS telekanalına istinadən xəbər verdiyi kimi, bu barədə Sloveniya lideri Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə bəyan edib.

Qeyd edək ki, Sloveniyaya səfəri çərçivəsində İlham Əliyev ölkə hökuməti tərəfindən təşkil olunmuş "Xəzər 2008" beynəlxalq iqtisadi forumunda iştirak edib. Forum Xəzər regionundan enerji ehtiyatlarının Qərbi Avropaya tədarükü ilə bağlı məsələlərə həsr olunub.

Bundan başqa, avqustun 28-də dövlət başçısı Gürcüstan baş nazirinin müavini, Avropa və Avro-Atlantik qurumlara inteqrasiya üzrə dövlət naziri Georgi Baramidzeni qəbul edib. Gürcüstanlı nazir qeyd edib ki, onun ölkəsi enerji çatışmazlığı zamanı Azərbaycanın göstərdiyi köməyi heç vaxt unutmayacaq. Görüşdə, həmçinin, Azərbaycan və Gürcüstanın birgə gerçəkləşdirdiyi layihələrin regionun inkişafına yönəldiyi də vurğulanıb

Xəbər lenti

Xəbər lenti