...

Tahir Abbaslı: "İslam Demokrat Partiyası QMİ sədrinin "biz cihada hazır olmalıyıq" fikrini dəstəkləyir"

Siyasət Materials 30 Avqust 2006 12:21 (UTC +04:00)

İslam Demokrat Partiyası (İDP) Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək üçün "biz cihada hazır olmalıyıq" fikrini dəstəkləyir. Bu barədə Trend ə adıçəkilən partiyanın sədri Tahir Abbaslı bildirib.

Qeyd edək ki, İDP özündə 10 mindən artıq islamçı demokratı birləşdirir. "Bizim Azərbaycan" blokunda təmsil olunan partiya üç il bundan öncə yaradılıb.

T.Abbaslı qeyd edib ki, rəhbərlik etdiyi təşkilat dəfələrlə belə bir fikirlə çıxış edib: "İndi bu fikrin Şeyxülislam Hacı Allahşükür Paşazadə tərəfindən səsləndirilməsi çox yaxşı haldır. Biz onun mövqeyini dəstəkləyirik. Etiraf etmək lazımdır ki, dindarlar tərəfindən Qarabağ uğurunda savaşa hazırlıq məsələsi az qabardılır. Bu isə vətəndaşlarda, xüsusilə də gənc nəsil arasında "Qarabağsızlığa öyrəşmə" kimi bir sindromun əmələ gəlməsi təhlükəsi yaradır. Ona görə də hesab edirəm ki, bu fikir Azərbaycan vətəndaşlarının mübarizə ruhunü möhkəmləndirməyə xidmət edir".

Abbaslı onu da qeyd edib ki, bir çoxları cihad sözünü başqa istiqamətlərə yozur: "Bunun cavabı sadədir. Allah-təala buyurub ki, sənə təcavüz edənlərlə mübarizə apar. Cihad da elə özündə bu məqamı əks etdirir".

Xəbər lenti

Xəbər lenti