...

Məkkəyə piyada gedən zəvvar bu gün Salyanda olub

Siyasət Materials 5 Sentyabr 2006 11:47 (UTC +04:00)

Qarabağ veteranı, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin üzvü Qurbanov Şahid Südaət oğlu "Heydər Əliyev və İslam dünyası, Qarabağı unutma" lahiyəsi əsasında Məkkəyə piyada getmək qərarına gəlib. Səfərə Həydər Əliyevin məzarı üstünə və Şəhidlər Xiyabanına getməklə 01 sentyabrda Bibi Heybət məscidindən çıxan zəvvar 4 gün sonra - 05 sentyabrda Salyana çatıb.

Qeyd edək ki, Şahidi bütün rayonlarda yerli Qarabağ veteranlarının qarşılayacağı nəzərdə tutulub. Qonşu İranda isə onu ölkədən çıxana gədər bir nəfər İranın Müharibə Veteranı müşahidə edəcək. Zəvvarın dediyinə görə, gündüzlər hava isti olduğundan o, əsasən gecələr hərəkət edir. Yerli əhali isə onun məramını bilən kimi çox böyük hörmətlə yanaşıb əlindən gələn köməyi edir.O, bu gün axşamüstü rayondakı Şəhidlər Xiyabanını və Heydər Əliyevin heykəlini ziyarət etdikdən sonra Salyanı tərk edəcək. Zəvvar bu il dekabrın 27-də - Qurban bayramı günündə Məkkədə olmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti