...

Nazim İbrahimov: "Sentyabrın 23-24-də Çexiyada Azərbaycan günləri keçiriləcək"

Siyasət Materials 7 Sentyabr 2006 12:37 (UTC +04:00)
Nazim İbrahimov: "Sentyabrın 23-24-də Çexiyada Azərbaycan günləri keçiriləcək"

Trend-i buradan izləyin

Bu il sentyabrın 23-24-də Çexiyada Azərbaycan günləri keçiriləcək. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov məlumat verib.

O bildirib ki, sentyabrın 23-24-də Çexiyada yerli festival keçiriləcək və orada Çexiya-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə diaspor nümayəndələrimiz də fəal şəkildə iştirak edəcək. Komitə sədrinin sözlərinə görə, festivalda iştirak üçün Azərbaycandan musiqiçilər gedəcək, milli musiqimiz, mədəniyyətimiz təbliğ olunacaq, festival çərçivəsində bu ölkədə Azərbaycan günləri təşkil olunacaq. Tədbirlərdə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da iştirak edəcək.

N.İbrahimov orada həmçinin Azərbaycan diaspor nümayəndələri və Çexiyanın rəsmi şəxsləri ilə görüşlər keçirəcək. Görüşlərdə Çexiyada yaşayan Azərbaycan diasporunun fəaliyyəti, onların təşkilatlanma işləri, fəallıqları, Çexiya dövlətinə və cəmiyyətinə inteqrasiyası, həmçinin onlar üçün yaradılmış şərait barədə müzakirələr aparılacaq. Komitə sədri soydaşlarımızın diaspor quruculuğu sahəsində gördüyü işlər, onların uğurları və problemləri ilə maraqlanacaq. Çexiyanın hökumət nümayəndələri ilə görüşdə isə azərbaycanlılar üçün hansı imkanların yaradılması, əməkdaşlığın gələcək perspektivləri barədə danışılacaq.

N.İbrahimovun sözlərinə görə, azərbaycanlıların Çexiyanın ictimai həyatına fəal inteqrasiya etməsi bu ölkənin özünün də marağındadır.

Komitə sədri qeyd edib ki, yaxın ərəfədə digər bir tədbir Almaniyaının Maynz şəhərində keçiriləcək. Orada düzənlənən tədbirdə Almaniyadakı Azərbaycan diasporu da fəal iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti